Türkiyədə daha bir sosial media fenomeni həbs olundu

23 Aprel 2026 05:06 (UTC+04:00)

Türkiyəli tanınmış sosial media fenomeni, bloqer Murat Övüç haqqında məhkəmə qərarı çıxıb.

Türkiyə mətbuatının yazdığına görə, məhkəmə Murat Övüç barəsində "cəmiyyətin bir hissəsinin qəbul etdiyi dini dəyərləri açıq şəkildə aşağılama" maddəsi ilə 11 ay həbs cəzası verib.

Övüç məhkəmədə videonu zarafat məqsədilə və hicablı izləyicilərini sevindirmək üçün çəkdiyini bildirib. O hər hansı pis niyyətinin olmadığını deyərək üzr istəyib. O, 20 dekabr 2025-ci ildə həbs edilmişdi.

Mətləb