Yasamal rayon Məhkəməsi Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan yeniyetmə barəsində qərar verib. Mətbuatda yer alan məlumata görə, dünən Yasamal Rayon Məhkəməsində onunla bağlı təqdimata baxılıb və qərar qəbul edilib. Qərara əsasən, yeniyetmə barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi sinif yoldaşına xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb.
Mətləb