Ermənistanda keçmiş prezident Serj Sarkisyanla bağlı növbəti skandal yaşanıb. Erməni mediası yazır ki, keçmiş prezidentin qardaşı qızı Ani Sarkisyana məxsus əmlakın bir hissəsi dövlət tərəfindən müsadirə olunub.
Məlum olub ki, “Areni HES” şirkətinin 39 341 ədəd səhmi (təxminən 1,74 milyon dollar dəyərində), 864 min dolları, 13 milyon dram və təxminən 5 min avrosu dövlətin xeyrinə alınacaq. Bu barədə məlumatı Ermənistan Baş Prokurorluğu yayıb. Bu gün Antikorrupsiya Məhkəməsi prokurorluğun qanunsuz mənşəli əmlakın müsadirəsi ilə bağlı iddiasını qismən təmin edib.
Mətləb