“Qarabağ”ın qapıçısı meydandan qovulub

22 Aprel 2026 22:26 (UTC+04:00)

Futbol üzrə Azərbaycan Kubokunun 1/2 final mərhələsinin cavab görüşləri çərçivəsində bu gün keçirilən “Sabah” - “Qarabağ” qarşılaşmasında gərgin anlar yaşanıb. Belə ki, Ağdam təmsilçisinin qapıçısı Mateus Koxalski "Sabah"ın futbolçusu Velko Simiçin qapı ilə üzbəüz qaldığı və aşkar qol vurmaq şansı əldə etdiyi vəziyyətdə qaydanı kobud şəkildə pozub. Baş hakim Rəvan Həmzəzadə bu epizoda görə "Qarabağ"ın qolkiperinə birbaşa qırmızı vərəqə göstərib. Beləliklə Qurban Qurbanovun komandası meydanda azlıqda qalıb.

Qeyd edək ki, hakimin bu qərarı tribunadakı azarkeşlər tərəfindən böyük narazılıqla qarşılanıb. Kəskin etirazlarını bildirən tərəfdarlar meydana yad əşyalar atmağa başlayıblar.

Mətləb