"Bu, əvəzolunmazdır" - Ərdoğandan NATO rəhbəri ilə görüşdə mühüm AÇIQLAMA

23 Aprel 2026 00:04 (UTC+04:00)

Türkiyənin yerləşdiyi regionda sabitliyin yenidən pozulması NATO üzrə müttəfiqlər arasında qarşılıqlı dəstəyin və həmrəyliyin əhəmiyyətini bir daha nümayiş etdirib.

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada NATO-nun Baş katibi Mark Rutte ilə görüşündə mühüm fikirlər səsləndirib. Türkiyə lideri Alyansın Ankarada keçiriləcək sammitində müttəfiqlər arasında həmrəyliyi gücləndirəcək və böhranlara hazırlığı dəstəkləyəcək qərarların qəbul olunacağına ümid etdiyini bildirib.

"Türkiyə, xüsusilə də, hava hücumundan müdafiə sistemləri sahəsində müdafiə sənayesinin potensialını fasiləsiz artırır və hərbi-sənaye kompleksi sahəsində müttəfiq ölkələrlə əməkdaşlığın daha da genişlənməsinə çalışır." Türkiyənin dövlət başçısı Trans-Atlantik əlaqələrin qorunub-saxlanmasını “əvəzolunmaz” adlandırıb.

Mətləb