Solovyov Bonyanı iğtişaş hazırlamaqda ittiham edib...

22 Aprel 2026 19:05 (UTC+04:00)

...Bir həftə əvvəl İnstaqram ulduzu Viktoriya Bonya Rusiya rəhbərinə müraciət yayımlayaraq xalqın ondan qorxduğunu və məmurların əsl problemləri gizlətdiyini bildirmişdi.

SİA xatırladır ki, Kremlin sakit reaksiyasına baxmayaraq, Kremlyönlü media və bloqçular Bonyaya hücum etməyə başladılar.

...Teleaparıcı Vladimir Solovyov təbii ki, Bonyanın əsas ictimai rəqibinə çevrildi.

Belə ki, o, televiziya şousunun son bölümündə “Bonyadan istifadə olunur” deyib.

...Lazım gələrsə, vəziyyəti müzakirə etmək üçün onu efirə dəvət etməyə hazıram. Hakimiyyət xalqı dinləyir. Lakin, üsyan cəhdini ciddi şəkildə təbliğ edərkən, 1917-ci il hadisələrini təkrarlamağa çalışırsınız? Qəzəbli evdar qadınların üsyanı? Arxanızda kim dayanır? Müharibənin getdiyini başa düşürsünüzmü? Özünüzə sadə bir sual verin: şüurunuz kimin maraqları naminə manipulyasiya edilir?

Solovyov deyib bunu...

Əli Babayev