Azərbaycan XİN İsraili Müstəqillik Günü münasibətilə təbrik edib

22 Aprel 2026 16:26 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsrailinin Müstəqillik Gününü təbrik edib.

SİA xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında post paylaşılıb.

"İsrailin 78-ci Müstəqillik Günü münasibətilə İsrail hökumətini və xalqını səmimi qəlbdən təbrik edirik. Müstəqillik Günün mübarək olsun, İsrail!" - paylaşımda qeyd olunub.