Əli Əsədov: İqlim dəyişikliyi Xəzərin dayazlaşmasına ciddi təsir göstərir

22 Aprel 2026 12:08 (UTC+04:00)

Regionumuzun üzləşdiyi ən kəskin çağırışlardan biri Xəzər dənizinin səviyyəsinin sürətlə aşağı düşməsidir.

SİA xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov Qazaxıstanın Astana şəhərində təşkil olunan Regional Ekoloji Sammitdə çıxışı zamanı deyib.

“Azərbaycanın təşəbbüsü ilə Xəzərin səviyyəsinin azalma səbəblərini öyrənmək və müvafiq cavab tədbirləri hazırlamaq məqsədilə Qazaxıstan, Rusiya və Türkmənistanla ikitərəfli işçi qrupları yaradılıb. İqlim dəyişikliyi də Xəzərin dayazlaşmasına ciddi təsir göstərir. Azərbaycanda iqlim dəyişikliklərinin Xəzər dənizinin ətraf mühitinə mənfi təsirini minimuma endirmək üçün ardıcıl tədbirlər görülür”, - deyə Baş nazir bildirib.