Baş nazir Əli Əsədov Qazaxıstana işgüzar səfərə gəlib

22 Aprel 2026 09:58 (UTC+04:00)

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 21-də Regional Ekoloji Sammitdə iştirak etmək üçün Qazaxıstan Respublikasının Astana şəhərinə işgüzar səfərə gəlib.

SİA xəbər verir ki, Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda Əli Əsədovu Qazaxıstan Respublikası Baş nazirinin birinci müavini Roman Sklyar və digər rəsmi şəxslər qarşılayıblar.