Türkiyədə helikopter qəzası baş verib - TƏCİLİ

22 Aprel 2026 01:18 (UTC+04:00)

Türkiyədə hərbi helikopter qəzası baş verib. SİA xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, CH-47 tipli ağır hərbi-nəqliyyat helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb.

Məlumata görə, insident nəticəsində şəxsi heyət xəsarət almayıb. Hadisənin səbəblərinin araşdırmanın nəticəsinə əsasən müəyyən ediləcəyi bildirilib.

Mətləb Salahov