Əli Əsədov Qazaxıstana səfərə gedib

21 Aprel 2026 23:30 (UTC+04:00)

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 21-də Regional Ekoloji Sammitdə iştirak etmək üçün Qazaxıstan Respublikasının Astana şəhərinə işgüzar səfərə gedib. Bu barədə SİA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda Ə.Əsədovu Qazaxıstan Respublikası Baş nazirinin birinci müavini Roman Sklyar və digər rəsmi şəxslər qarşılayıblar.

Mətləb