"İranın İslamabadda ABŞ ilə danışıqlarda iştirakı ilə bağlı şübhələri qətiyyətsizliklə əlaqədar deyil, bu, Vaşinqton administrasiyasının ziddiyyətli siqnalları və hərəkətlərindən irəli gəlir." CNN-in xəbərinə görə bu fikirləri İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib. "Səbəb qətiyyətsizlik deyil, Amerika tərəfinin ziddiyyətli mesajları və qəbuledilməz hərəkətləridir", - o qeyd edib.
Bəqai vurğulayıb ki, İran danışıqlarda iştirakla bağlı qərarı ABŞ nəticəyə yönəldiyi zaman qəbul edəcək.
Mətləb