Azərbaycanlı idmançı Avropa çempionatında gümüş medal qazanıb

22 Aprel 2026 01:04 (UTC+04:00)

Azərbaycanlı ağırlıqqaldıran İsa Rüstəmov Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında gümüş medal əldə edib. Belə ki, 71 kq çəki dərəcəsində çıxış edən idmançı birdən qaldırma hərəkətində 147 kq nəticə göstərərək ikinci yeri tutub.
O, təkanla qaldırma hərəkətində 180 kq çəkini ram edərək bu növdə dördüncü olub. İ. Rüstəmov toplamda 327 kq nəticə ilə yarışı dördüncü pillədə başa vurub.

Mətləb