Avropa İttifaqından İrana PİS SÜRPRİZ - sanksiyalar genişləndirilir

22 Aprel 2026 00:17 (UTC+04:00)

Avropa İttifaqına (Aİ) üzv ölkələr Hörmüz boğazının blokadasına görə cavabdeh olan şəxsləri siyahıya daxil etməklə İrana qarşı sanksiyaların genişləndirilməsini razılaşdırıb. Al Jazeera"nın məlumatında deyilir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib.

Onun sözlərinə görə, Lüksemburqda Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşündə ittifaqın hazırda Qırmızı dənizdə gəmilərin qorunmasını təmin edən Yaxın Şərqdəki hərbi dəniz missiyasını gücləndirməyə çağırıb.

Mətləb