"Son zəng" iyunun 13-də keçiriləcək

22 Aprel 2026 02:03 (UTC+04:00)

Bu il bütün dövlət ümumtəhsil müəssisələrində ənənəvi “Son zəng” tədbiri iyun ayının 13-də keçiriləcək.

Bu barədə SİA Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbuatdakı açıqlamasına istinadən xəbər verir. Məlumatda qeyd olunur ki, “Son zəng” tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar məktəblərə göndərilib, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbətlər aparılır.

Mətləb