...Selin Dion, 2019-cu ildə çıxan Courage albomundan sonrakı illərdə ilk orijinal bəstəsi olan “Dansons” üçün yeni sinql və musiqi videosunu təqdim edib.
SİA-nın əldə etdiyi məlumata görə, mahnı müğənninin ikonik “D'eux” albomunun bəstəkarı Jan-Jak Qoldmanla yaradıcılıq görüşünün nəticəsidir.
Onlar sonuncu dəfə 2016-cı ildə “Encore Un Soir” mahnısı üzərində əməkdaşlıq ediblər.
2020-ci ilin fonunda yazılmış “Dansons” qeyri-sabitlik və təcrid atmosferini əks etdirir, lakin çətin anlarda belə yaşamağa davam və “uçurum üzərində rəqs etmək” barədə güclü emosional mesaj daşıyır.
Bu buraxılış Dionun karyerasında mühüm bir mərhələni qeyd edir, çünki o, boyun sərtliyi sindromu ilə mübarizə apardıqdan sonra tədricən aktiv ifaçılığa qayıdır.
Müğənni 2026-cı ilin payızında Parisdə bir sıra konsertlər planlaşdırır - son illərdə səhnəyə ilk böyük qayıdışı...
Nazlı Almuradova