Azərbaycanda kriminogen durum nəzarətdə saxlanılıb.
SİA xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyində 2026-cı ilin yanvar-mart aylarına dair onlayn formatda keçirilən Kollegiya iclasında deyib.
Nazir bildirib ki, ictimai asayişin və təhlükəsizliyin qorunması sahəsində fəaliyyət digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə 2026-cı ilin birinci rübündə də məqsədyönlü şəkildə davam etdirilib:
"Cinayətlərin qarşısının alınması, açılması, istintaqı, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən kompleks tədbirlər müsbət nəticələr verib, kriminogen durum nəzarətdə saxlanılıb".