Azərbaycanın akademik avarçəkənləri İtaliyada xatirə turnirində iştirak edəcəklər

21 Aprel 2026 15:44 (UTC+04:00)

Azərbaycanın akademik avarçəkənləri İtaliyada keçiriləcək "Paolo De Aloya" xatirə turnirində qüvvələrini sınayacaqlar.

Bu barədə SİA-ya Azərbaycan Su İdman Növləri Federasiyasından bildirilib.

Aprelin 24-26-da baş tutacaq nüfuzlu beynəlxalq yarışda ölkəmizi üç idmançı təmsil edəcək.

Azər İlyasov, Ziya Məmmədzadə və Nurlan Paşayev akademik avarçəkmə üzrə yığmanın baş məşqçisi Volodimir Morozovun rəhbərliyi altında mükafatlar uğrunda yarışacaqlar.