Yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək - YENİLƏNİB 2

21 Aprel 2026 13:08 (UTC+04:00)

Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

SİA xəbər verir ki, yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək.

Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir, göstərilən anlayış üçün təşəkkür edirik.