Qızılın qiyməti aprelin 13-dən bəri ən aşağı səviyyəyə enib

21 Aprel 2026 11:41 (UTC+04:00)

Qızılın qiyməti ABŞ və İran nümayəndələrinin sülh danışıqları üzrə görüşəcəyi gözləntiləri fonunda aprelin 13-dən bəri ən aşağı səviyyəyə düşüb.

SİA xəbər verir ki, qızılın ucuzlaşması davam edir və hazırda bir troya unsiyasının qiyməti 4800 dollar civarındadır. Yaxın Şərqdəki münaqişə başlayandan indiyədək qızılın qiyməti təxminən 8 faiz ucuzlaşıb.

ABŞ-nin qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” və “Citigroup”un analitikləri isə qızılın bir troya unsiyasının qiymətinin 5000-5400 dollara yüksələcəyini proqnozlaşdırırdılar.

Qeyd edək ki, qızılın qiyməti mart ayında 2008-ci ildəki qlobal maliyyə böhranından bəri ən pis aylıq göstərici nümayiş etdirib.