Azərbaycan boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

21 Aprel 2026 11:19 (UTC+04:00)

Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə Dünya Kuboku start götürüb.

SİA xəbər verir ki, reytinq xarakterli yarışa Azərbaycan millisinin üzvü Nəbi İsgəndərov qələbə ilə başlayıb.

70 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ilk döyüşündə türkiyəli Necat Ekinçi ilə qarşılaşıb. Boksçumuz rəqibini 3:2 (30:27, 28:29, 30:27, 28:29, 29:28) hesabı ilə məğlub edib. İsgəndərov 1/8 finalda tacikistanlı Murodjon Aşuraliyevlə üz-üzə gələcək. Görüş aprelin 22-də olacaq.

Qeyd edək ki, Dünya Kuboku aprelin 26-da başa çatacaq.