Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilir.
SİA xəbər verir ki, iclasın gündəliyinə 8 məsələ daxil edilib.
Gündəliyə Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatı, Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəllə, İnzibati Xətalar Məcəlləsi və digər qanunvericilik aktlarında dəyişiklikləri nəzərdə tutan qanun layihələri daxildir.
Eyni zamanda “Dövlət icra məmurları haqqında”, “İcra haqqında”, Əmək Məcəlləsi, vergi, təhsil və minatəmizləmə fəaliyyəti ilə bağlı qanunlara dəyişikliklər ikinci və üçüncü oxunuşda müzakirə olunur.