Rusiyada keçmiş nazirin evindən narkotika çıxıb

21 Aprel 2026 04:03 (UTC+04:00)

Udmurtiyanın (Rusiya Federasiyası tərkibində respublika, - red) keçmiş kənd təsərrüfatı naziri Mixail Yudin narkotik təsiri altında avtomobil idarə etdiyinə görə həbs edilib. Rusiya mətbuatının yazdığına görə, M. Yudin magistral yolda "Belgee" markalı avtomobilini idarə edərkən saxlanılıb. Onun narkotikin təsiri altında avtomobil idarə etdiyi məlum olub. Həmçinin, Yudinin üzərindən marixuana paketi tapılıb.

Keçmiş məmur dindirilmə zamanı günahını etiraf edib. O, beş gün müddətinə həbs edilib və narkoloji müalicə mərkəzində müalicə alması qərara alınıb.

Mətləb