Macarıstanda parlament seçkilərində qalib gələn Tisa Partiyasının lideri Peter Magyar xarici işlər naziri vəzifəsinə Anita Orbanı təyin edib. SİA xəbər verir ki, bu barədə P. Magyar ölkə mediasına açıqlamasında məlumat verib.
O qeyd edib ki, maliyyə naziri Andraş Karman, iqtisadiyyat və energetika naziri İştvan Kapitanya, səhiyyə naziri Jolt Hegeduş olacaq. Müdafiə naziri vəzifəsini Romul Rusin-Szendi icra edəcək, Kənd Təsərrüfatı və Ərzaq İqtisadiyyatı Nazirliyinə isə Sabolç Bona rəhbərlik edəcək.
Mətləb