43 yaşlı kişi çardaqdan yıxılıb öldü...

21 Aprel 2026 02:17 (UTC+04:00)

Samux sakini bədbəxt hadisə nəticəsində vəfat edib. Hadisə rayonun Ziyadlı kəndində baş verib. İlkin məlumata görə, kənd sakini, 43 yaşlı Yavər Məmmədov həyətində çardağı təmir edən zaman yıxılıb. Ağır vəziyyətdə Gəncədəki xəstəxanalardan birinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma başladılıb.

Mətləb