"Liverpul" ilə razılşamaya yaxınıq -fransalı futbolçu

21 Aprel 2026 00:17 (UTC+04:00)

"Liverpul"un müdafiəçisi İbrahima Konate klubdakı gələcəyi haqqında danışıb. "Qırmızılar"la hazırkı müqaviləsi bu ilin iyun ayında sona çatacaq fransalı futbolçu bildirib ki, "Liverpul" ilə yeni müqavilə imzalamağa yaxındır: "Artıq çox şey deyilib. Biz klubla uzun müddətdir danışıqlar aparırıq və razılığa yaxınıq. Düşünürəm ki, hər kəs bunun mümkün qədər tez baş verməsini istəyir. Biz düzgün yoldayıq. Əlbəttə ki, gələn mövsüm burada qalma ehtimalım yüksəkdir. Mən həmişə bunu istəyirdim".

Mətləb