Ümummilli Lider Heydər Əliyev cənablarına həsr edirəm!

20 Aprel 2026 17:20 (UTC+04:00)

Ey Dünya şöhrətli cənab Prezident!

Bir bayraq altında birləşdi insan
Öpərək bayrağı keçdi altından
Səsinə səs verdi bu Azərbaycan
Ey Dünya şöhrətli cənab Prezident!

Yenilməz Prezident adinı aldın
Azərbaycan partiyasin yaratdın
Nəhənglər önündə çox mərd dayandın
Ey Dünya şöhrətli cənab Prezident!

Yeni Azərbaycan partiyasın sən
Gələcək nəsillərə tövhə vermisən
Bir bayraq altında cəmləşdirmisən
Ey Dünya şöhrətli cənab Prezident!

Yenidən bir həyat özün yaratdın
Qurdun bu Dövləti arzuna çatdın
Ulduzlu bayrağı göyə ucaltdın
Ey Dünya şöhrətli cənab Prezident!

Minlərlə gənclərin oldun dayağı
Göylərə ucaltdin şanlı bayrağı
Yüksək qarşıladın gələn qonağı
Ey Dünya şöhrətli cənab Prezident!

Yadlara vermədin sən bu Dövləti
Yayıldı hər yana şanı şöhrəti
Dildə əzbər oldu sözü söhbəti
Ey Dünya şöhrətli cənab Prezident!

ULU ÖNDƏRİ, dəstəklə Süleyman,
Tarixə həkk olsun yazilsın dastan
Görsün bütün dünya eşitsin cahan,
Dünya şöhrətlidir cənab Prezident!

BAKI-1994.22.03.