...Bolqarıstanda keçirilən növbəti növbədənkənar seçkilərdən sonra keçmiş prezident Rumen Radevin mövqeyi güclənir və exit-poll nəticələri onun səslərin təxminən 45 faizini toplaya biləcəyini göstərir. Onun əsas rəqibi, keçmiş baş nazir Boyko Borisov artıq məğlubiyyətini etiraf edərək Radevin hökumət qurmasına yol açıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Financial Times yazır.
...Radevin kampaniyası bir neçə strategiyanı birləşdirib: sərt antikorrupsiya ritorikası, Avropa qurumlarının tənqidi və Moskva ilə daha praqmatik münasibətlər qurmaq istəyinin siqnalları...
Bu balans Sofiyanın xarici siyasətində mümkün dəyişiklikdən qorxan AB və NATO-da həyəcan təbili çalıb. Buna baxmayaraq, analitiklər “Bolqarıstan Orbanı” ssenarisinin mümkünsüz olduğuna inanırlar.
Macarıstandan fərqli olaraq, Bolqarıstanın siyasi sistemi daha parçalanıb və cəmiyyət tək bir qüvvə ətrafında daha az konsolidasiya olunub.
Bu, gücün tək əldə cəmləşməsini çətinləşdirir və tək bir partiyanın uzunmüddətli dominantlıq şansını azaldır.
Radevin əsas çətinliyi onun gündəliyinin uyğunsuzluğudur. Korrupsiyaya qarşı mübarizə vədləri Avropa qurumları ilə yaxınlaşmanı və şəffaflığın artırılmasını tələb edir, Rusiyayönlü siqnallar isə Qərb tərəfdaşlarının və bəzi seçicilərin etimadını sarsıda bilər.
Nəticədə, sabit siyasi koalisiya yaratmaq olduqca çətin olacaq. Əlavə bir çətinlik, siyasi və biznes elitalarını birləşdirən qeyri-rəsmi təsir sisteminin - "Peevski-Borisov modeli"nin dağıdılmasıdır.
Bu struktur illərdir qurulur və əsas dövlət qurumlarına nüfuz edir, buna görə də istənilən islahat cəhdləri sistemin özündə müqavimətlə qarşılaşa bilər.
Ekspertlər həmçinin qeyd edirlər ki, Bolqarıstan Avropa maliyyələşdirməsindən və siyasi dəstəyindən çox asılı olaraq qalır və bu da radikal xarici siyasət dəyişikliyi üçün imkanları məhdudlaşdırır.
Əli Babayev