İndoneziya 1 iyuldan etibarən dizel yanacağının idxalını dayandıracaq və...

20 Aprel 2026 19:44 (UTC+04:00)

...İndoneziya 1 iyul 2026-cı ildə rəsmi olaraq dizel idxalına son qoyacaq və 50 faiz palma yağından hazırlanan B50 bioyanacağından istifadə etmək üçün məcburi bir proqram tətbiq edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bunu kənd təsərrüfatı naziri Andi Amran Süleyman bildirib.

Surabayadakı Sepuluh Nopember Texnologiya İnstitutunda keçirilən məzun mərasimində çıxış edən nazir bu addımın milli enerji müstəqilliyini gücləndirməyə və idxal olunan qazıntı yanacaqlarından asılılığı azaltmağa yönəldiyini vurğulayıb.

...Bu il, 1 iyuldan etibarən İndoneziya artıq xaricdən 5,3 milyon ton dizel idxal etməyəcək və bununla da 40 trilyon rupi qənaət edəcək, - Süleyman bildirib.

...B50-yə keçid mərhələli şəkildə həyata keçiriləcək. Nazir izah edib ki, ölkə B35 ilə başlayacaq, sonra B40-a, yalnız bundan sonra isə B50-yə keçəcək. Hökumət məlumatlarına görə, İndoneziyada artıq təxminən 1,4 milyard litr dizel artıqlığı var.

Bundan əlavə, hökumət palma yağını təkcə dizelə deyil, həm də benzinə və etanola emal etmək üçün texnologiyalar hazırlayır.

Bu məqsədlə, palma benzininin istehsalını kiçik miqyasda sınaqdan keçirmək və sonradan sənaye miqyasına qədər genişləndirmək üçün dövlətə məxsus plantasiya şirkəti PTPN IV ilə əməkdaşlıq davam edir.

...Bu, İndoneziyanın gələcəyinin enerjisidir, çünki mənbə palma yağıdır. Palma yağı dizelə, palma yağı da benzinə çevrilə bilər, - deyə Süleyman yekunlaşdırıb.

Əli Babayev