...Florida ştatından Respublikaçı Senator Rik Skott bildirib ki, Türkiyə Ərdoğanın siyasəti ABŞ-a uyğun gəlmədiyi üçün Amerikanın beşinci nəsil “F-35” qırıcı təyyarələrini almayacaq,
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Voennoe obozrenie” yazıb.
...Skott qeyd edib ki, “F-16” modernləşdirmə məsələsi müzakirə olunur, lakin “F-35” məsələsi çıxarıla bilər.
Türkiyə Rusiyanın S-400 zenit-raket sistemini əldə etdikdən sonra beşinci nəsil qırıcı təyyarələrin tədarükü proqramından kənarlaşdırılıb.
Rik Skott Ərdoğanı İsraildən nifrət etməkdə, Rusiya və İranla dost olmaqda və Qəzza zolağında HƏMAS-ı maliyyələşdirməkdə günahlandırıb.
...Türkiyə HƏMAS və Müsəlman Qardaşlıqlarını maliyyələşdirən, İsraildən nifrət edən, Rusiya və İranı sevən bir ölkədir... “F-35”, “F-16” və ya Amerika istehsalı olan digər müdafiə avadanlıqlarını əldə etməkdə sizə uğurlar. Mən Ərdoğana 2018-ci ildə demişdim və ona bir daha deyirəm: “F-35-i” əldə edə bilməyəcəksiniz, - deyə amerikalı siyasətçi qeyd edib.
...Bu arada, Türkiyə Hərbi Hava Qüvvələri komandanlığı beşinci nəsil qırıcı təyyarələrə ehtiyac olduğunu bəyan edir. Türkiyə ABŞ ilə gərginliyi daha da artıracağından narahat olduğu üçün Rusiyanın “Su-57”-sini rədd edib.
Eyni hekayə Çinin “Çendu J-20” təyyarəsinə də aiddir. Türkiyə həmçinin öz KAAN qırıcı təyyarəsinin hazırlanmasını və sınaqdan keçirilməsini başa çatdırmaq seçimini saxlayır.
Serial istehsalın 2028-ci ildə başlanması planlaşdırılır.
Əli Babayev