Yaponiyada 7.4 ballıq zəlzələdən sonra sunami dalğaları müşahidə olunub

20 Aprel 2026 14:01 (UTC+04:00)

Yaponiyada episentri Sanriku sahilləri yaxınlığında olan 7.5 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra İvate əyaləti və Hokkaydonun bəzi bölgələri üçün sunami xəbərdarlığı edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya 7.5 bal gücündə zəlzələ ilə silkələnib. Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, episentri Sanriku sahilləri yaxınlığında olan zəlzələ yerli vaxtla saat 16:53-də, 10 kilometr dərinlikdə qeydə alınıb.

Aomori, İvate, Miyagi və Hokkaydo əyalətlərində güclü hiss olunan zəlzələdən sonra İvate və Hokkaydonun bəzi bölgələri üçün sunami xəbərdarlığı verilib.

Rəsmilər hündürlüyü 3 metrə çata biləcək sunami dalğalarının yarana biləcəyi barədə xəbərdarlıq edərək, sahil ərazilərindən və çay mənsəblərindən uzaq durmağa çağırıblar.