İran: ABŞ ilə ikinci tur danışıqlar planı yoxdur

20 Aprel 2026 13:59 (UTC+04:00)

İran Xarici İşlər Nazirliyi “Hazırda ABŞ ilə ikinci tur danışıqlar üçün hər hansı plan yoxdur” açıqlamasını verib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, Pakistan mənbələri bir müddət əvvəl İranın ABŞ ilə yenidən danışıqlara başlayacağı barədə məlumat yaymışdı, lakin İran tərəfi bu xəbəri təkzib edib. Nazirlik ABŞ ilə hazırda planlaşdırılmış heç bir danışıqların olmadığını bildirib.

İran Xarici İşlər Nazirliyi bir daha qeyd edib ki, “Hazırda ABŞ ilə ikinci tur danışıqlar üçün heç bir plan yoxdur”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəqai bildirib ki, “ABŞ diplomatik prosesi ciddi şəkildə izləmədiyini göstərdi, atəşkəsi pozdu və aqressiv davranış sərgilədi. ABŞ İranı ittiham etmə siyasəti aparır”.

Reuters-ə danışan yüksək səviyyəli İran rəsmisi isə bildirib ki, “Nüvə proqramı ilə bağlı fikir ayrılıqları hələ də həll olunmayıb, boşluqlar aradan qaldırılmayıb. İranın raket proqramı daxil olmaqla müdafiə qabiliyyətləri danışıqlara açıq deyil”.