Senatorlar vurğulayıblar ki, Trampın başlatdığı İran müharibəsindən ən çox Rusiya rejiminin başçısı faydalanır. Birgə bəyanatda vurğulanır ki, ABŞ prezidenti Putinin onu aldatmasına icazə verməməlidir.
ABŞ-ın aparıcı Demokrat senatorları Tramp administrasiyasını Rusiya neftinə qarşı sanksiyaları yumşaltdığına görə tənqid etdilər. The Guardian qəzeti bu barədə onların birgə bəyanatına istinadən məlumat verir. İmza atanların arasında Çak Şumer, Elizabet Uorren və Cin Şahini də var. Siyasətçilər bu "180 dərəcə dönüş"ü qınadılar və bunu "rüsvayçılıq" adlandırıblar. "Bu həftə Putin Ukraynaya indiyə qədər ən böyük hava hücumunu həyata keçirdi, 18 nəfər həlak oldu və administrasiyanın cavabı Kremlə qarşı sanksiyaları yenidən yumşaltmaqdır. Bu addım hansı mesajı verir?", - deyə senatorların bəyanatında bildirilir.
Onlar vurğulayıblar ki, Trampın başlatdığı İran müharibəsindən ən çox faydalanan Rusiya rejiminin başçısıdır. Bəyanatda vurğulanır ki, "Prezident Tramp Putinin onu aldatmasına icazə verməməli və bu prezidentin kifayət qədər təzyiqi altında olmayan Putinə qarşı əlavə sanksiyalar tətbiq etməlidir".
Xatırladaq ki, 18 aprel şənbə günü gecəsi ABŞ, Vaşinqtonun müvafiq lisenziyaları yeniləməmək barədə əvvəlki açıq vədlərinə baxmayaraq, dəniz yolu ilə daşınan Rusiya nefti və neft məhsullarının alışına qoyulan sanksiya məhdudiyyətlərini 30 gün müddətinə ləğv edib.
Praqmatik Qərar
Tramp administrasiyası Rusiyanın neft ticarətinə icazə verməsinin müvəqqəti olduğunu və mövcud axınları yönləndirmək məqsədi daşıdığını bildirib. ABŞ-ın energetika naziri Kris Rayt ABŞ Maliyyə Nazirliyinin Rusiya neftinə qarşı sanksiyaları ardıcıl ikinci dəfə yumşaltmaq qərarını "praqmatik" adlandırıb. Bu barədə 19 aprel bazar günü Associated Press məlumat yayıb.
"Bunlar artıq axan neftin yönləndirilməsinə yönəlmiş qısamüddətli, praqmatik həllərdir və onlar müvəqqətidir", Kris Rayt bildirib.
Xatırladaq ki, Vaşinqtonun müvafiq lisenziyaları yeniləməyəcəyinə dair əvvəlki açıq vədlərinə baxmayaraq, ABŞ dəniz yolu ilə daşınan Rusiya nefti və neft məhsullarının alışına qoyulan sanksiya məhdudiyyətlərini 30 gün müddətinə ləğv edib.
Şənbə günü ABŞ-ın aparıcı Demokrat senatorları Tramp administrasiyasını bu sanksiyaların yumşaldılmasına görə tənqid ediblər. Demokrat senatorlar bəyanatda vurğulayıblar ki, "Prezident Tramp Putinin onu aldatmasına icazə verməməli və açıq-aydın bu prezidentdən kifayət qədər təzyiq hiss etməyən Putinə qarşı əlavə sanksiyalar tətbiq etməlidir".
V.VƏLİLİ