NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer bildirib ki, bu müharibədə Ukrayna və ya Rusiyanın klassik hərbi qələbəsi hazırda ehtimal olunmur. O, bu açıqlamanı Radio NV-də verib.
Bauer qeyd edib ki, "Hər iki tərəfin klassik hərbi qələbəsi hazırda ehtimal olunmur. Çünki hazırda işğal olunmuş Ukrayna ərazisində 700.000 rus əsgəri var". O, hesab edir ki, rusları geri çəkmək çətin olacaq və "hamımız bundan dərs çıxarmalıyıq".
Admiral bildirib ki, "Əgər biz 2022-ci ildə, məsələn, həmin ilin aprel və avqust ayları arasında Ukrayna öz ərazisini ruslardan çox uğurla geri aldığı zaman hər şeyi versəydik və sizə istədiyiniz hər şeyi versəydik, onda müharibənin nəticəsi çox, çox fərqli olardı".
O, əmindir ki, Rusiya "artıq bu müharibəni strateji cəhətdən uduzub və bu da onun Çinin peykinə çevrilməsinə səbəb olub". Axı, Çinin köməyi olmasaydı, "ruslar Ukraynada bu müharibəni davam etdirə bilməzdilər".
Bauer əlavə edib ki, "hərbi baxımdan Rusiyanın bu müharibədən qalib çıxa biləcəyi heç bir ssenarini təsəvvür edə bilmirəm".
Xatırladaq ki, Rusiya Putinə "Rusiya vətəndaşlarının qorunması" üçün başqa ölkələrdəki ordudan istifadə etmək "imkanı" verən qanun layihəsi irəli sürür.
VƏLİ