"Bavariya" 35-ci dəfə Almaniya çempionu oldu

20 Aprel 2026 03:04 (UTC+04:00)

Futbol üzrə Almaniya Bundesliqasında 2025/26 mövsümünün çempionu bəlli olub. "Bavariya" sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib. "Pivəçilər" bu turda "Ştutqart"la qarşılaşıb. ​Rəqibini 4:2 hesabı ilə məğlub edən münhenlilər digərləri üçün əlçatmaz olub.
​Qeyd edək ki, bu, "Bavariya"nın tarixində qazandığı 35-ci çempionluq tituludur.

Mətləb