Qadın voleybolçuların Yüksək Liqasında mövsümün həlledici görüşləri baş tutacaq

19 Aprel 2026 10:50 (UTC+04:00)

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün final və üçüncü yer uğrunda qarşılaşmalar keçiriləcək.

SİA xəbər verir ki, günün ilk matçı bürünc medallar uğrunda baş tutacaq.

Saat 13:00-da "Milli Aviasiya Akademiyası" "Gəncə" kollektivini sınağa çəkəcək.

Mövsümün həlledici oyununda isə "Turan" və "DH Volley" komandaları üz-üzə gələcəklər. Bu matç isə saat 16:00-da baş tutacaq.

Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.