Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb

18 Aprel 2026 11:33 (UTC+04:00)

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş Kamran Ağayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, ondan 4 kiloqramdan artıq narkotik vasitə olan heroin, tiryək, həşiş və marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.