Ulduz futbolçu meydandan qovulduğuna görə üzr istədi...

18 Aprel 2026 04:03 (UTC+04:00)

Madrid "Real”ının yarımmüdafiəçisi Eduardo Kamavinqa Çempionlar Liqasının 1/4 finalının “Bayern”ə qarşı cavab oyununda meydandan qovulduğuna görə üzr istəyib. Fransalı matçın 86-cı dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulmuşdu.

Ulduz futbolçu hər şeyə görə məsuliyyəti öz üzərinə götürüb: “Etdiyim əmələ görə məsuliyyəti öz üzərimə götürürəm".

Mətləb