"İranlılarla görüş həftəsonu baş tutacaq" - Trampdan AÇIQLAMA

17 Aprel 2026 22:28 (UTC+04:00)

ABŞ prezidenti Donald Trump İranla mümkün razılaşma ilə bağlı açıqlama verib. Ağ Evin rəhbəri bildirib ki, Tehran və Vaşinqton arasında münaqişənin dayandırılması üzrə anlaşma yaxın günlərdə reallaşa bilər.

Xarici KİV-lərin məlumatına görə, D.Tramp elan edib ki, İran tərəfi artıq danışıqlara hazırdır: “İranlılar görüşmək istəyirlər. Onlar razılaşma əldə etmək istəyirlər. Düşünürəm ki, görüş, ehtimal ki, həftəsonu baş tutacaq. Hesab edirəm ki, biz növbəti bir-iki gün ərzində razılaşmaya nail olacağıq”.

Mətləb