Qurban Qurbanov bu 2 futbolçunu əvəzedici heyətə göndərdi

17 Aprel 2026 23:16 (UTC+04:00)

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sərt qərar verib. Q.Qurbanov Abbas Hüseynov, eləcə də əsas heyətin üzvü Elvin Cəfərquliyevi əvəzedici heyətə göndərib. Bildirib ki, buna səbəb hər iki futbolçunun nizam-intizam qaydalarını pozması olub. Bu qərar Misli Premyer Liqasının 27-cı turunun “Şamaxı” - “Qarabağ” oyunundan sonra qəbul edilib.

Qeyd edək ki, Abbas Hüseynov həm də, Q. Qurbanovun qardaşı Musa Qurbanovun kürəkənidir.

Mətləb