Hörmüz boğazı açıldı, alüminiumun qiymətləri kəskin ucuzlaşdı

17 Aprel 2026 23:04 (UTC+04:00)

Hörmüz boğazının açılmasından sonra London birjasında alüminiumun qiymətləri kəskin ucuzlaşıb. Bu addım Bəhreyn, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi iri istehsalçıların metal ixracını bərpa etməsinə imkan yaradır. SİA-nın məlumatına görə, bu barədə “Blumberq-Şərq” agentliyi məlumat yayıb.

Agentliyin məlumatında bildirilib ki, London Qiymətli Metallar Birjasında üçaylıq alüminium müqavilələri 5,7 faizədək ucuzlaşıb və London vaxtı ilə axşam saat 02:44-də bir ton alüminium 3540 dollara satılıb.

Mətləb