...ABŞ kəşfiyyatına görə, Çin Tehranın hava hücumundan müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirə biləcək qabaqcıl radar sistemlərini İrana köçürməyi düşünür.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə CBS News yazıb.
İran hansı sistemləri ala bilər?
ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin (DİA) hesabatı ilə tanış olan rəsmilərin sözlərinə görə, Pekin Tehrana X-diapazonlu radarlar tədarük etməyi düşünür.
Bu texnologiya İranın təhdidləri, xüsusən də aşağı uçan dronları və kruiz raketlərini aşkarlamaq və izləmək qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq, eləcə də hava hücumundan müdafiə sistemlərini dəqiq zərbələrdən qorumağa kömək edəcək.
Əvvəlki dəstək halları…
…The Financial Times qəzeti əvvəllər İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Yaxın Şərqdəki Amerika bazalarını hədəf almaq üçün Çinin Earth Eye Co. şirkətindən gizli şəkildə əldə edilmiş casus peykindən istifadə etdiyini bildirmişdi.
2025-ci ilin dekabr ayında Pentaqon hesabatında Çinin kommersiya peyk şirkətlərinin 2024-cü ildən etibarən İranın İslam İnqilabı Keşikçiləri Korpusu ilə işgüzar mübadilələrdə iştirak etdiyi qeyd olunmuşdu.
Bundan əlavə, kəşfiyyat hesabatları göstərir ki, Çin həmçinin birbaşa iştirakını gizlətmək üçün üçüncü tərəflər vasitəsilə İrana hava hücumundan müdafiə sistemlərinin köçürülməsini nəzərdən keçirir.
Ötən həftə CNN kəşfiyyatın Çinin İrana daşına bilən hava hücumundan müdafiə sistemləri (MANPADS) tədarük etmək hazırlıqlarını sənədləşdirdiyini bildirmişdi.
ABŞ-ın cavabı və Çinin mövqeyi…
ABŞ Müdafiə Naziri Pit Heqset bildirib ki, Prezident Trampın Çin Prezidenti Si Cinpinlə “çox güclü və birbaşa münasibətləri” var və Çin ona İrana silah transferinin “baş verməyəcəyinə” zəmanət verib.
Tramp həmçinin Si Cinpinlə İrana silah verməməsini xahiş edən məktub göndərdiyini açıqlayıb.
Vaşinqtondakı Çin səfirliyinin sözçüsü məktublarla bağlı şərh verməkdən imtina edib, lakin Çinin İrana qarşı mövqeyinin "açıq və şəffaf" olduğunu və Pekinin "heç vaxt münaqişələri qızışdıran hərəkətlərdə iştirak etmədiyini" bildirib.
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların bitdiyini elan edib.
O, həmçinin Vaşinqtonun Çinə qarşı embarqonu dayandırdığını və bunu gərginləşən vəziyyət fonunda ticarət siyasəti istisnası adlandırdığını açıqlayıb.
Bundan əlavə, Tramp Çin Prezidenti Si Cinpinlə İrana mümkün silah satışı ilə bağlı məktub mübadiləsi apardığını təsdiqləyib.
Əli Babayev