Adil Kərimli Ağdamda vətəndaş qəbulu keçirib

17 Aprel 2026 15:34 (UTC+04:00)

Mədəniyyət naziri Adil Kərimli növbəti vətəndaş qəbulunu Ağdam şəhərində keçirib.

Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, qəbulda Ağdam, Füzuli və Xocavənd rayonlarından vətəndaşlar iştirak ediblər.

Sakinlər məşğulluq, mədəniyyət sahəsi ilə bağlı təşəbbüs və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.

Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyib, qeyd olunan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq addımlar atılacağını bildirib.

Nazirliyin məsul əməkdaşlarının da iştirak etdiyi qəbulda şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib.