Naxçıvan əhalisinin sayı 1365 nəfər artıb

17 Aprel 2026 14:33 (UTC+04:00)

axçıvan Muxtar Respublikasında (MR) əhalinin sayı artıb.

Bu barədə SİA-ya Naxçıvan MR Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirlib ki, 1 mart 2026-cı il tarixə muxtar respublikada əhalinin sayı 2025-ci ilin müvafiq dövrünə nisbətən 1365 nəfər və ya 0,3 faiz artaraq 472534 nəfər olub.