Hidayət Heydərov Avropa çempionatında mübarizəyə başlayır

17 Aprel 2026 10:30 (UTC+04:00)

Azərbaycanın daha bir cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında bu gün mübarizəyə qoşulacaq.

SİA xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən Olimpiya çempionu 1/16 finalda Yunanistan təmsilçisi Konstantinos Tsaparasla qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur.

Ötən gün Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) bürünc medala sahib çıxıblar.