Biləsuvarda bədbəxt hadisə baş verib. Rayon ərazisində tikintidə işləyən fəhlə hündürlükdən yıxılaraq ağır xəsarət alıb. Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, ticarət mərkəzində tikinti işində çalışan fəhlə 1988-ci il təvəllüdlü Anar Fəxrəddin oğlu Vəliyev hündürlükdən yıxılıb. Ağır bədən xəsarətləri alan A.Vəliyev rayon xəsətəxanasına hospitalizasiya olunub. Faktla bağlı araşdırma aparılır.
Mətləb