Bu məşhur serial "Qalatasaray" və "Fənərbaxça"nın oyunlarına görə yayımlanmayacaq...

17 Aprel 2026 00:17 (UTC+04:00)

Türkiyədə yayımlanan "Kuruluş Orhan" və "A.B.İ" serialları növbəti həftə futbol matçları ilə bağlı yayımlanmayacaq. Bu qərara səbəb çərşənbə axşamı Konyaspor - Fənərbaxça, çərşənbə günü isə Qalatasaray - Gençlerbirliği matçlarının olmasıdır.

Qeyd edək ki, "Kuruluş Orhan" serialı bu həftə Kahramanmaraşdakı faciə səbəbindən izləyicilərə təqdim edilməmişdi.

Mətləb