Bakıxanovda şadlıq sarayının fəaliyyəti dayandırılıb - FOTOLAR

16 Aprel 2026 10:13 (UTC+04:00)

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi 7 ünvanında fəaliyyət göstərən "Səbinə" şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, bu səbəbdən sözügedən şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.