"Barselona"nın hücumçusu Rafinya UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan sonra "Atletiko" azarkeşlərinə etdiyi jestlərə görə üzrxahlıq edib. Məlum olub ki, braziliyalı futbolçu qarşılaşma başa çatdıqdan sonra Madrid təmsilçisinin tərəfdarlarına komandalarının yarımfinal mərhələsində turnirlə vidalaşacağına işarə edən jestlər göstərib.
"Hərəkətimə görə üzr istəyirəm. Bu, mənim dəyərlərimə və xarakterimə uyğun gəlmir. Bu hadisə dünən axşam mənə qarşı hörmətsizlik edən bir azarkeşə cavab verdiyim gərgin anlarda baş verdi".
Mətləb