Parisdə Azərbaycan haqqında sərgi təşkil olunub

16 Aprel 2026 00:05 (UTC+04:00)

Fransanın paytaxtı Parisdə Azərbaycana aid sərgi təşkil olunub. SİA-nın məlumatına görə bu barədə Azərbaycanın Fransadakı səfirliyi məlumat yayıb. "Parisdə Azərbaycan mədəniyyətinin qəlbinə səyahət edilib", - məlumatda qeyd olunub.

Bildirilib ki, Azərbaycan Mədəniyyət Mərkəzinin muzeyinə özəl ziyarət ölkənin ənənələri, tarixi və incəsənəti ilə tanış olmağa imkan yaradıb.

Mətləb